Lirik di Bahasa Azeri (Abjad Latin) Lagu Kebangsaan RSS Azerbaijan

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,Kommunizmin günəşilə nurlanacaq səhərimiz.Biz gedirik gələcəyə qaliblərin cərgəsində,Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Odlar yurdul Bu ağ günlər el gücünün bəhrəsidir,
Qahrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nasillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,Kommunizmin günəşilə nurlanacaq səhərimiz.Biz gedirik gələcəyə qaliblərin cərgəsində,Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmasdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!

Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,Kommunizmin günəşilə nurlanacaq səhərimiz.Biz gedirik gələcəyə qaliblərin cərgəsində,Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!